Rəqsanə qızını iş adamının oğluna ərə verir

Rəqsanə qızını  iş adamının oğluna ərə verir
4639 dəfə oxunub
  • A-
  • A
  • A+

Yenicə ailə həyatı quran müğənni Rəqsanə İsmayılovanın evində bir daha “Vağzalı” çalınacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında qızına yaxın günlərdə nişan edəcəyini deyib:

“Qızım Aysuna çox yaxşı bir ailə elçi düşüb. Gələn ay qızımın “həri”sin verəcəm. Onlar Aysuna 14 yaşından elçi gəlirlər. Nəhayət, razılığa gəlmişik.

Şou-bizesdən kənar insanlardır. İş adamının övladıdır. Nişan Aysunun dəfiləsindən öncə olacaq.

İstəmirdim ki, qızım tez ailə həyatı qursun. O, öz seçimini etdi. Xoşbəxt olmaq, ailə qurmaq istəyirsə, qoy etsin”.