Musiqi Festivalının ilk günündə nələr olacaq?

Musiqi Festivalının ilk günündə nələr olacaq?
194 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, tədbir sentyabrın 18-dən 27-nə kimi davam edəcək. 

On gün ərzində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış  musiqiçilər və kollektivlər – “Orfeon” xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.

17 sentyabr (şənbə)

saat 10.00

Fəxri Xiyaban

Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarının ziyarəti

saat 10.15

Azərbaycan Milli Konservatoriyası Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbir

saat 10.30

Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” abidəsinin ziyarəti

saat 11.00

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısı

Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir

İştirak edirlər: Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri