Röyadan verilişə içkili çıxması xəbərinə - cavab

Röyadan verilişə içkili çıxması xəbərinə - cavab
61331 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən “Xəzər” kanalında “Nəsib olsa” verilişində qəribə hərəkətlərlə gündəmə gələn Röya, bu hərəkətlərinə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, ifaçı bunun bir şou və əvvəlcədən planlaşdırdığı obraz olduğunu deyib:

“Getdiyin yerə və geydiyin stilə hərdən obraz vermək lazımdır. Məsələn, dünənki obraz sərxoş və tək qadın obrazı idi. Merilin Monro adını qoysaq, yerinə düşər.  Biz bunu bacardıq deyəsən, uşaqlar”.

Qeyd edək ki, Röya proqramda tez-tez aparıcının sözünü kəsib, qonaqlara replikalar atıb və hədiyyə qutusuna təpik vurub.

Röyanın bu addımı birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun efirə içkili çıxdığını iddia edib.