“Survivor” çempionu rinqə qayıtdı - video

“Survivor” çempionu rinqə qayıtdı - video
13099 dəfə oxunub
  • A-
  • A
  • A+

“Survivor 2016”da qalib gələn kikboksinq üzrə dünya çempionu Atakan Arslan aylar sonra rinqə çıxıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Mix Fight Gala” turnirində keniyalı Kevin Brenda ilə döyüşən Atakan nokautla qalib gəlib.

Döyüşün ilk raundunda Atakan rəqibinə ciddi hücumlar etməyib və onun zəif tərəfini tapmağa çalışıb. İkinci raund başlayan kimi isə həlledici zərbəsini endirərək qalib gəlib.

Qeyd edək ki, turnirdən əldə ediləcək gəlirlə şəhid ailələrinə yardım ediləcək.