Daha bir məşhur cütlük 11 il sonra ayrılır - foto

Daha bir məşhur cütlük 11 il sonra ayrılır - foto
1811 dəfə oxunub
  • A-
  • A
  • A+

Ancelina Coli və Bred Pitdən sonra Hollivudun daha bir məşhur cütlüyü ayrılır.

Axşam.az-;n xarici KİV-ə istinadən məlumatına görə, 11 ildir birgə yaşayan aktrisa Naomi Uotts və aktyor Liv Şrayber bu haqda açıqlama da yayıblar:

"Biz qərara gəldik ki, ailəmiz üçün ən yaxşı addım ayrılmağımızdır. Ayrılırıq, amma ürəyimizdəki bir-birimizə sevgi, hörmət və dostluq qalır. Bizim münasibətimiz bitmir. Bundan sonra uşaqlarımızın tərbiyəsi ilə birgə məşğul olacağıq, onları qayğı, sevgi və diqqətlə əhatə edəcəyik. Biz bu yeni mərhələyə hazırıq. Jurnalistləri başa düşürük, ancaq bu həssas günlərdə ailəmizi, oğullarımızı düşünmələrini və onları narahat etməmələrini xahiş edirik".

Qeyd edək ki, N.Uotts və L.Şrayber 2005-ci ildən bəri görüşürlər. Bu müddət ərzində onların iki oğlu dünyaya gəlib: 9 yaşlı Aleksandr "Saşa" Pit və 8 yaşlı Semuel "Semmi" Kay.