"Paramparça"dan fiasko - serialların reytinqi

"Paramparça"dan fiasko - serialların reytinqi
7810 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən yayımlanan Türkiyə seriallarının reytinqində gözlənilməz dəyişiklik baş verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu həftə ikinci seriyası ilə tamaşaçıların görüşünə gələn "İçerde" serialı bütün reytinqlərdə birinci yerdə qərarlaşıb. Çağatay Ulusoy, Aras Bulut İynemli, Bensu Soral, Çetin Tekindor kimi tanınmışların yer aldığı ekran işi sosial mediada da son vaxtların ən çox müzakirə edilən layihəsinə çevrilib.

"İçerde" hətta "Survivor"un keçməkdə çətinlik çəkdiyi "Kırgın çiçekler"i də üstələyə bilib. Kanal D-nin yeni serialı "Babam və ailesi" isə günün 8-cisi olub.

Reytinqdə gözlənilməz olan isə keçən mövsüm ilk pillələrdə yer alan "Paramparça"nın sürətlə geriləyərək 11-ci yerə (AB-də 18-ci) düşməsi olub.