Boşanan cütlük yenidən məhkəmədə

Boşanan cütlük yenidən məhkəmədə
1081 dəfə oxunub
  • A-
  • A
  • A+

Üç ay əvvəl boşanma proseslərini yekunlaşdıran aktrisa Bade İşçil və iş adamı Malkoç Süalp yenidən məhkəmədə üz-üzə gəliblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ikili onların ümumi mülkü olan bir ev üçün razılaşa bilmirlər. Evin kreditinin 78 faizini Malkoç, qalanını isə Bade ödəyərək evə şərik olublar. Boşandıqdan sonra Bade ona qalan 22 faizi keçmiş ərinə təhvil verməli, Süalp da həmin pulu aktrisaya geri qaytarmalı imiş.

Lakin bir daşınmaz əmlak şirkəti mənzili 4 milyon 800 min lirə (1milyon 658 min dollar) olaraq qiymətləndirib. Bu halda iş adamı B.İşçilə 364 min 870 dollar ödəməli olub.

İşçili təmsil edən şirkət isə evin dəyərini daha çox, 6 milyon 25 min lirə olaraq qiymətləndirib. Qarşı tərəf isə bununla razılaşmayıb. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.