Qızını efirdə görən xalq artisti əsəbiləşdi

Qızını efirdə görən xalq artisti əsəbiləşdi
16404 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı xalq artisti Ənvər Sadıqov olub.

Axşam.az-ın məlumatına görə, sənətçi "Təəssürat" adlı musiqi əsəri haqqında danışıb:
 
"Müəllifi konsertə görə gizli saxlamışdıq. Evdəkilər bilmirdi ki, orada səsləndirəcəm. Bu əsəri mənim qızım doqquzuncu sinifdə oxuyanda yazıb. İndi qızım bəstəkar olmaq istəmir. Konsertdə qızıma sürpriz edib səsləndirdim".

Daha sonra Ə.Sadıqovun qızı Tamilla studiyaya dəvət olunub. Qızının studiyaya gəlişi musiqiçini həm əsəbiləşdirib, həm tə təəccübləndirib.