Gürcüstanda "Əli və Nino"nun premyerası keçiriləcək

Gürcüstanda "Əli və Nino"nun premyerası keçiriləcək
233 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 23-də Tbilisidə yazıçı Qurban Səidin eyniadlı əsəri əsasında səhnələşdirilən "Əli və Nino" bədii filminin premyerası keçiriləcək.

Axşam.az-ın məlumatıan görə, bu barədə Trend Qruziya-Onlayn-a istinadən xəbər verir.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.

Qeyd edək ki, Bakıda filmin premyerası oktyabrın 5-də Heydər Əliyev Mərkəzində keçirilib.