Aktrisaya ölüm təhdidi edən şəxs axtarışa verildi

Aktrisaya ölüm təhdidi edən şəxs axtarışa verildi
4179 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk aktrisa Hazal Kaya ötən ilin dekabrında sosial mediada təhdidlə üzləşdiyini iddia edərək 27 yaşlı İsa Kərimi adlı iranlı fanatını məhkəməyə vermişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günlərdə baş tutan məhkəmə prosesində İsa haqqıda 5 il həbs istənilib. Lakin, o, məhkəməyə qatılmayıb.

Buna görə də, onun tapılması üçün axtarış elan edilib. Axtarışlar İranda da davam etdiriləcək.

Qeyd edək ki, İstanbulda təhsil alan 27 yaşlı İsa Kərimi aktrisaya heyranlığını ifrat dərəcəyə çatdırdığı üçün polis tərəfindən saxlanılmışdı və H.Kayaya 4 ay yaxınlaşmaması haqda qərar çıxarılmışdı.

Həmin ərəfədə İsanın sosial şəbəkədə “Hazal mənim tək nazlı canım. Bir dənəm, gözümün bəbəyi, həyat yoldaşımdır. Ya Hazalım, ya da ölüm” yazması onun haqqında cinayət işinin açılmasına səbəb olub.