2016-ci ildə tanınmışlar yeni mahnılarla, kliplərlə, qalmaqallarla yanaşı, şəxsi həyatlarıyla da yadda qaldı.
Axşam.az bu il ailə quran və boşanan məşhurların siyahısını təqdim edir:
Ayrılan tanınmışlar:
Müğənni
Lətifə Soyuöz 7 ildir ailəli olduğu Dəniz Soyuözlə ayrıldı. Onun bu evlilikdən bir oğlan övladı var.
İlin ən gözlənilməz boşanma xəbəri ATV-nin aparıcıları
Samirə Mustafayeva və Vaqif Aydınoğlu olub. Uzun illərdir ailəli olan cütlük boşanıb. Onların bir qız övladı var.
Rejissor
Fuad Əlişov aktrisa həyat yoldaşı Sevinc Əlişovadan boşanıb. Onların üç övladı var.
Müğənni
Cavid Hüseyn bəstəkar xanımı Sevinc Ağasıyevadan boşandığını bildirib. Cütlüyün iki övladı var.
Aparıcı
Nurlana Cəfərova ötən ilin mayında ailə qurduğu türkiyə vətəndaşı mehmetlə ayrılıb. Onlar bu ilin fevralında rəsmən boşanıblar.
Əməkdar artist
Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan həyat yoldaşı Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədir.
Müğənni
Dilarə Kazımova da Türkiyəli əri Mert Aslanla ayrılıb. Deyilənə görə, ifaçının hazırda keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsi yoxdur.
2016-cı ilin ailə quranları:
Müğənni
Elçin Cəfərov keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub. Onların toyu apreldə olub.
Aparıcı
Kamran Quliyevin də bu il toyu oldu. O, Aytən adlı xanımla apreldə nikah masasına oturub.
Aparıcı
Azər İsmayılov ikinci dəfə ailə qurub. A.İsmayılov Nəcibə adlı xanımla nikah masasına oturub.
Müğənni
Aytac Vidadiqızı Türkiyə vətəndaşı olan Can Bekirlə ailə qurub.
Müğənni
Aysel Babayeva Fərid Mehdiyev adlı rəqqasla ailə qurub.
Aparıcı Tamilla Şirinova avqustda Avstriyada ərə gedib.
“O səs Türkiyə” yarışmasından tanınan müğənni
Leyla Rəhimova Zaur adlı şəxslə ailə qurub. Leyla hazırda Ameriakada yaşayır.
“Eurovision” təmsilçilərimizdən olan
Fərid Məmmədov da apreldə nikah masasına oturub.
“O səs Türkiyə” yarışmasından tanınan müğənni
Elgün Quliyevin toyu olub. O, eyni zamanda əməkdar artist Elxan Quliyevin oğludur.
Aparıcı
Yelena Sidorenkonun apreldə toyu olub. O, Mehdi adlı şəxsə ailə qurub.
Aparıcı
Sima Çələbi həmkarı Firuzə Cəlilovanın qardaşı ilə ailə qurub.
Musiqili Teatrın aktyoru
Nicat Əli də 2016-cı ildə subaylığın daşını atıb.
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası
Mariya Dubovitskaya ailə həyatı qurub. O, restoran sahibi Ziyad Əliyevlə ailə qurub.
Futbolçu
Ruslan Abışov bir neçə gün əvvəl ailə qurub.
Karateçi
Rafael Ağayevin toyu 2016-vı ilin iyununda baş tutub.
Aparıcı
İradə İsak ikinci dəfə ailə qurdu. O, həmkarı Yaşar İsakovla nikah masasına oturdu.
Xalq artisti
Firuz Əliyevin musiqiçi oğlu Əlinin bir neçə gün əvvəl toyu olub.
Bu il bir neçə tanınmış nişanlandı. Onlardan biri də aparıcı
İlkin Həsəni olub. İlkin ATV-də çalışan Aysel adlı xanımla ailə qurmağa hazırlaşır.
Müğənni
Natavan Həbibi bu yaxınlarda nişanlandığını deyib.
Bu il nişanlanan tanınmışlardan biri də Türkiyədə yaşayan müğənni
Günel Zeynalova olub. O, Cem Ozan Torunlar adlı şəxslə nişanlanıb.