Azərbaycanda qızıldan xalça hazırlandı

Azərbaycanda qızıldan xalça hazırlandı
1304 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada tayı-bərabəri olmayan xalça, Azərbaycanda hazırlanıb.

Axşam.az-ın məlumatına görə, «Kəhkəşan» adı ilə təqdimata hazırlanan xalçanın özəliyyi ondadır ki, xalçanın hazırlanmasında 725- qiymətli daş- qaş və 1300 qram qızıldan istifadə olunub.

Xalçaçı rəssam Eldar Mikayılzadə «Kəhkəşan» adını verdiyi bu qeyri adi xalçanı yaratmaq ideyasını belə izah edir. Tarixdə bu cür xalça ilk dəfə Sasani dövlətində təqribən yeddinci əsrin 1- yarısında toxunub və hökumdar Xosrov Pərvizin sarayını bəzəyib. Bu xalçaya ərəb qaynaqlarında «Bahariyyə» Fars qaynaqlarında «Baharıstan» bəzi yerdə «Zimistani» deyiblər. Sonra xəlifə Ümmərin sərkərdələri qoşunla İrana daxil olduqları zaman onların arasında bu qənimət üstündə ixtilaf düşüb. Nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli bərabəri olmayan bu sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bütün məlumatları toplayan xalçaçı rəssam öncə eskizi çəkməyə başlayır. Daha sonra isə xalçanın ərsəyə gəlməsi istiqamətində işlərə start verilir. Bu işdə təbbi ki, xalçaçı rəssamın köməkçilərinin də əməyi az deyil. Dünyanın yaranışından ən yüksəkdə duran ulduzlara qədər hər bir kainat cismini özündə əks etdirən xalça 5 ilə ərsəyə gətirilir. Xalçanın tən ortasında ulduzların sistem cədvəli, göy qatlarının yazılışı, və 12 bürc, planetlər,illər yer alıb. Ümumiyyətlə xalçanın ərsəyə gəlməsi üçün çoxlu ədəbiyyat oxunub. Xalçanın üzxərində 7 rəngli 725 qaş var. Bu qaşlar qızıl ağraclarla saxlanırıb. Onuda çəkisi b 1kq çoxdur. «Kəhkəşan» adlanan bu xalçanın eni 2 metr, uzunluğu isə 2 metr 14 santimaetrdir. Xalçanın toxunuşuda qızıl arğaclardan ona görə istifadə olunub ki, xalça üzərindəki, ağ,sarı,qırmızı,mavi,rəngli qaşları yalnız qızıl arğac saxlaya bilərdi .

Qeyd edək ki, «Kəhkəşan» adlanan bu möhtəşəm xalça müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin 90 ilik xatirəsinə ithaf olunub. Xalçaları dünyanın adlı sanlı muzeylərində sərgilənən Eldar Mikayılzadənin «Kəhkəşan» adını verdiyi bu xalça yaxın vaxtlara ictimayətə təqdim olunacaq.