Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub - fotolar

Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olub -  fotolar
769 dəfə oxunub
  • A-
  • A
  • A+

Yanvarın 9-da Fəxri xiyabanda, xalq şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, elm, mədəniyyət xadimlərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anma mərasimində akademik Rafael Hüseynov çıxış edərək şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin şairə xüsusi qayğısı və ehtiramının olduğunu bildirib, dövlətimizin böyük şairin irsinə yüksək dəyər verdiyini deyib. Akademik şairin xatirəsinə ucaldılmış abidənin müəllifi - xalq rəssamı Natiq Əliyevin və memarı Tərlan Həsənovun heykəli böyük ustalıqla yaratdıqlarını söyləyib.

Mərasimdə çıxış edənlər Zəlimxan Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildiriblər. Onun son anadək qələmi yerə qoymadığını və yazdığı şeirlərin hər zaman aktual olduğunu söyləyiblər.