"Qız şagirdlərinin ayaqyoluna icazəsiz girmək..." - məktəbdən ATV-yə cavab "Qız şagirdlərinin ayaqyoluna icazəsiz girmək..." - məktəbdən ATV-yə cavab

 
  10.01.17   00:19                                                                                                                                         a -   A + Xəbər

Xəbər verdiyimiz kimi, ATV kanalının “Yoxlama” verilişinin kollektivi Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli məktəbdə olub.

Axşam.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, məktəb rəhbərliyi telekanal əməkdaşlarını kollektivə və şagirdlərə qarşı kobudluq etdiyi bildirsə də, ATV sözügedən ittihamlarla razılaşmayıb. Kanal yaydığı bəyanatda iddiaların əsassız və yersiz olduğunu bildirib:

"Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi".

171 saylı məktəbdən ATV-yə cavab da gecikməyib. Məktəbdən bildirilib:

“Yoxlama” verilişinin aparıcısı Azər öz nöqsanlarını “Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi” pafoslu ifadə ilə pərdələmək istəyir:

"Təbii sual meydana çıxır ki, bunun üçün məktəbin qapıçısını itələyib məktəbə daxil olmaq, icazəsiz siniflərdə tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmaq, məktəb rəhbərliyinə qarşı saymamazlıq etmək, müəllimlərə və məktəbin texniki işçilərinə qarşı kobudluqlar etmək, onları ələ salma tipli suallar vermək, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmaq, heç bir xəbərdarlıq etmədən gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq və məktəbin şagirdlərinə qarşı xəsarət yetirmək lazım idimi, məqsədlərinə uyğun çəkiliş aparsınlar? Aparıcı Azərin əlində artıq çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin makiyajını, geyimini, xarici görkəminin və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutulan hazır siyahı var idi. Təbii sual yaranır ki, bu meyarlar üzrə məktəblərin yoxlanması səlahiyyətini ona kim vermiş və onun bu kompitensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı? “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun bu səlahiyyətləri Azərə və onun komandasına veribmi? Məktəblərin otuzdan artıq meyar üzrə yoxlanması nə vaxtdan və kim tərəfindən “Yoxlama” verilişinin səlahiyyətinə verilib? Xahiş edirəm, Azər və onun komandası qoyulan bu suallara cavab versin. Bu çəkilişi daha mədəni, daha səviyyəli, daha sivil formada, KİV təmsilçilərinin şərəfli adına ləkə gətirən qeyd olunan bu cür neqativ hərəkətlərin yol vermədən etmək olmazdımı? Onda məktəb rəhbərliyi olaraq bu çəkiliş üçün lazımi şərait yaradılacaqdı.

Yekunda bildirək ki, heç kimə sirr deyildir ki, məktəblərin müxtəlif meyarlar üzrə yoxlanması müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir".

 
 
 
 
 
Facebook   Twitter   MySpace   Google         21424 dəfə baxılıb
 
 
 

10 min kişi küçəyə çılpaq çıxdı - video 10 min kişi küçəyə çılpaq çıxdı - video
...
21.02.17
"Yoxlama" niyə yayımlanmır?
...
21.02.17
Təranənin qısa ətəyi tənqid olundu - foto Təranənin qısa ətəyi tənqid olundu - foto
...
21.02.17
Aygün Kazımovanın qızı əməliyyatla 10 kiloqram arıqladı Aygün Kazımovanın qızı əməliyyatla 10 kiloqram arıqladı
...
21.02.17
Təranəni görən Mədinə studiyadan getdi -  verilişdə qalmaqal Təranəni görən Mədinə studiyadan getdi - verilişdə qalmaqal
...
21.02.17
Dollar bahalaşır Dollar bahalaşır
...
21.02.17
“14-15 yaşımda qadın toylarına gedirdim” - əməkdar artist “14-15 yaşımda qadın toylarına gedirdim” - əməkdar artist
...
21.02.17
TRT 1-in Azərbaycanda yayımı bərpa olunacaq TRT 1-in Azərbaycanda yayımı bərpa olunacaq
...
21.02.17
8 aylıq uşaq anasının həyatını xilas etdi - fotolar 8 aylıq uşaq anasının həyatını xilas etdi - fotolar
...
21.02.17
Sabah hava necə olacaq? Sabah hava necə olacaq?
...
21.02.17
Dolların bu günə olan məzənnəsi Dolların bu günə olan məzənnəsi
...
21.02.17
1 yaşında 1 milyon qazanan internet fenomeni  - fotolar 1 yaşında 1 milyon qazanan internet fenomeni - fotolar
...
21.02.17
Bu gün Su çərşənbəsidir Bu gün Su çərşənbəsidir
...
21.02.17
Peşman olan Naz Əlidən ikinci şans istədi -  video Peşman olan Naz Əlidən ikinci şans istədi - video
...
20.02.17
Üçü az idi, dördüncü də açılır - foto Üçü az idi, dördüncü də açılır - foto
...
20.02.17
 
 
 
 
Xəbər lenti