Məşhur aktrisa alış-verişdə - fotolar

Məşhur aktrisa alış-verişdə - fotolar
2419 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ilin avqustda üçüncü dəfə ana olan aktrisa Meqan Foks paparassilərin hədəfinə düşüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Malibuda alış-veriş edərkən görüntülənib. Bir müddət əvvəl seksual görünməkdən bezdiyini deyən 30 yaşlı aktrisanın geyimi diqqətdən yayınmayıb.

O, dar lassin, idman ayaqqabısı və boş koftada olub. Ətrafdakı insanlar tərəfindən tanınmasın deyə başına kepta taxan Meqan bu görünüşü ilə də göz oxşayıb.

Onun üçüncü uşaqdan sonra hələ də formada qaldığı aydın görünüb.

Qeyd edək ki, 30 yaşlı aktrisa 2015-ci ildə 5 ildir evli olduğu aktyor Brayan Ostin Qrindən boşanacağını açıqlamış, lakin hamilə olduğunu öyrəndikdən sonra, o, bu fikrindən daşınmışdı.