Kinoteatrda 20 Yanvar şəhidləri yad edildi

Kinoteatrda 20 Yanvar şəhidləri yad edildi
247 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Milli Qəhrəmanlar haqqında çəkilmiş sənədli filmlərin nümayişi keçirilib. 

Axşam.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub. 

Yanvarın 16–da Milli Qəhrəmanlar Əlyar Əliyev haqqında rejissor Nizami Abbasın və Aqil Məmmədovla bağlı rejissor Qurban Səlimovun “Məmmədov Aqil” filmləri göstərilib. Yanvarın 17-də Ələsgər Novruzov haqqında rejissor Ramiz Hüseynovun “Qəhrəmanlığa gedən yol” və Şahlar Hüseynov haqqında rejissor Günel Aqifin  “Oğul dərdi” adlı sənədli filmləri Bakı Ali Neft Məktəbinin tələbələrinə təqdim olunub.
   
Filmlərin nümayişdən qabaq və sonra, tədbirdə iştirak edənlər rejissorlar və Milli Qəhrəmanların ailə üzvləri, sənədli lentlərin çəkilişi haqda danışıb, ailə üzvləri qəhrəmanlar haqda xatirələrini tamaşaçılarla  bölüşüblər. Bu mövzuda olan filmlərin gənc nəslə örnək olduğunu və onların  vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını qeyd ediblər.

Xatırladaq ki, Nizami Kino Mərkəzində sənədli filmlərin növbəti nümayişi yanvarın 19-da  keçiriləcək.