Naz və Əlinin son qərarı - video

Naz və Əlinin son qərarı - video
30984 dəfə oxunub
  • A-
  • A
  • A+

“Star TV”də yayımlanan “Zuhal Topalla” evlilik verilişində yer alan azərbaycanlı gəlin Naz və onun üçün Bakıdan gələn Əli Əkbər yollarını ayırıblar.

Axşam.az-ın məlumatına görə, Əli Naza güvənmədiyini və bəzi məqamlarda ondan dəqiq cavab ala bilmədiyini bildirib. Onun sözlərinə əsasən, ailəsi və dostları da son günlər Baha ilə bağlı baş verən hadisələr səbəbindən gələcəkdə Nazla münasibətlərinin alınmayacaqlarını söyləyiblər.

Naz da həftə sonu düşündüyünü və Əliyə "yox" demək istədiyini vurğulayıb. O, "İndidən çətinliklərlə mübarizə apara bilməyən biri ilə ailə qurmaq istəmirəm" deyib.

Son günlər baş verən hadisələrdən əsəbləri darılan Əli proqramda da çox otura bilməyib və icazə alaraq, studiyanı tərk edib.

Xatırladaq ki, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. O, hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.

Qeyd edək ki, Naz Mila evli olub və onun bir qızı var. Eyni zamanda, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və sonradan nişanı qaytarıb.

Naz Əli ilə görüşə başlayanda isə qısqanan Baha onların münasibətlərinin saxta olduğunu və Nazın hələ də onunla görüşdüyünü bildirib.