Xalq artistinin 110 illiyi qeyd olunacaq

Xalq artistinin 110 illiyi qeyd olunacaq
243 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrında xalq artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək.
 
Teatrdan Axşam.az-a verilən məlumata görə, tədbir yanvarın 26-da saat 15:00-da baş tutacaq.

Anım mərasimi Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Teatrı Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə keçirilir. Tədbirdə İ.Dağıstanlının kino və teatr fəaliyyətindən danışılacaq, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs olunacaq.

Anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Qeyd edək ki, İ.Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dоğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.