Macarıstan səfiri Musiqili Teatrda

Macarıstan səfiri Musiqili Teatrda
182 dəfə oxunub
  • A-
  • A
  • A+

Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Axşam.az-ın məlumatına görə, qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. 

Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor, rəssam, baletmeyster və aktyorların müvafiq olaraq Azərbaycana və Macarıstana dəvət edilərək səhnə əsərlərinə quruluş verilməsi ilə yanaşı, qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub.

Cənab İmre Laslotski Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə. Lalayevə səmimi söhbətə və qəbula görə təşəkkür edib.

Sonda bu qəbildən görüşlərin və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasındakı mədəni əlaqələrin və münasibətlərin inkişafında xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb və bu cür görüşlərin müntəzəm keçirilməsinin vacibliyi qeyd olunub.