Məşhur cütlük boşanır - 12 illik evlilik bitir

Məşhur cütlük boşanır - 12 illik evlilik bitir
4673 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Cennifer Qarner və aktyor Ben Afflek rəsmən boşanırlar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, iki il əvvəl Benin uşaqların dayəsi ilə Cenniferə xəyanət etməsindən sonra ayrılan cütlük daha sonra bir arada görünmüşdü. Onların uşaqlarına görə bir arada olduğu, hətta eyni evdə yenidən yaşadıqları deyilirdi. Onlar tez-tez uşaqları ilə birgə paparassilərindən hədəfinə düşürdülər.

Lakin bu günlərdə məlum olub ki, Cennifer rəsmi şəkildə boşanmaq üçün sənədlərini məhkəməyə verməyə hazırlaşır. 44 yaşlı aktrisanın yaxınlarının sözlərinə görə cütlük bundan sonra da uşaqların tərbiyəsi ilə birgə məşğul olacaq.

Hətta Benin artıq ayrı evə köçdüyü və yeni sevgi romanına başladığı deyilir.

Xatırladaq ki, 2015-ci ildə 10 illik evlilikdən sonra cütlük ayrılmağa qərar vermişdi. Daha sonra ailəni xilas etməyə çalışan tərəflər ailə psixoloqunun seanslarına gedirdilər.