Rasim Balayev şirlə səhnəsindən danışdı: "Qorxurdum..." - video

Rasim Balayev şirlə səhnəsindən danışdı: "Qorxurdum..." - video
10745 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Ali Neft Məktəbində qonaq olan xalq artisti Rasim Balayev "Dədə Qorqud" filmindəki şirlə "döyüş” səhnəsindən danışıb.

Axşam.az-ın məlumatına görə, o, həmin epizod barəsində fikirlərini bölüşərək tələbələri güldürüb:

"O, səhnə bir faciə idi. Ondan sonra bir də elə şeyə getmədim. Anara (xalq yazıçısı, filmin ssenari müəllifi -red.) yaxınlaşıb dedim ki, o səhnəni dəyiş. Dedi ki, yox, qorxma, ev şiridir. Kinostudiyada dedilər ki, düş aşağı, partnyorunu gətirmişik. Şiri görəndə dedim ki, bu mənə baxıb fikirləşir ki, "görəsən, mən bunun harasından başlayım". Dedim ki, çəkilişdə mənə bir şey olsa, heç olmasa, uşaqlarıma pensiya verin. Şiri hirsləndirməli idim, mən də qorxurdum. Filmin rejissoru Tofiq Tağızada yuxarıdan mənə qışqırır ki, "Qorxma, Beyrək qəhrəmandır, sənin üzündə qorxu hissi var. Dedim, oradan mənim nənəm də belə deyər, gəl burdan de".