Dünyanın ən qeyri-adi muzeyləri: Tualetlər, işgəncə alətləri... - fotolar

Dünyanın ən qeyri-adi muzeyləri: Tualetlər, işgəncə alətləri... - fotolar
28713 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir ölkəni tanımaq, onun tarixini, mədəniyyətini öyrənmək üçün ilk növbədə gedilməli yerlər həmin ölkənin muzeyləridir. Bu muzeylər isə digərlərindən çox fərqlənir. İşgəncə alətlərindən ən pis sənət kolleksiyalarına, kanalizasiya xətlərindən insan bədəninə qədər hər şey var.

Axşam.az dünyanın ən qeyri-adi 10 muzeyini təqdim edir:

İşgəncə müzeyi - Hollandiya

Bu muzey Amsterdam şəhərində yerləşir və ölkənin ən sıx turist nöqtələrindən biri hesab olunur. Burada 500 il öncə insanları cəzalandırmaq üçün istifadə edilən işgəncə alətləri sərgilənir.

İnsan muzeyi - Hollandiya

Uqstqest şəhərində yerləşən bu muzeyə gələnlər sanki, insan orqanizminə səyahət edirlər. İnsan orqanlarının hər xırda detalı belə böyük bir şəkildə təqdim edilir.

Tualet muzeyi - Hindistan

Argentina, Lüksemburq, Küveyt və Seneqal kimi ölkələrdən gətirilən tualet nümunələri Hindistanda sərgilənir. Burada e.ə. 2500-cü ildən bugünə kimi olan nümunələr yer alıb.

Uğursuz sənətlər muzeyi - ABŞ

400-dən çox əsər olan bu muzeydə tarixin ən pis sənət nümunələri sərgilənir. Fotoda gördüyünüz isə "Mona Liza" əsəridir.

Saç muzeyi - Türkiyə

Bir saxsı ustasının 35 il öncə fransız qadından aldığı bir parça saçın asıldığı mağara zaman keçdikcə minlərlə insanın saçlarından ibarət muzeyə çevrilir. Hazırda isə muzeyə gələn 16 min qadının saçından olan nümunələr sərgilənir.

Alt paltarı muzeyi - Belçika

Brüsseldə yerləşən bu muzey də ən qeyri-adilərindən biridir. Burada məşhur və varlı şəxslərin an az bir dəfə istifadə etdikləri alt paltarları nümayiş etdirilir.

Kanalizasiya muzeyi - Fransa

Bu muzey Paris şəhərində yerləşir. 1200-cü ildə kral Filipp Avqust tərəfindən qurulan Paris kanalizasiya sistemi bu gün də yerin altında qorunaraq saxlanılır. Tunelin sadəcə 450 metrlik məsafəsini gəzmək mümkündür.

Parazit muzeyi - Yaponiya

Tokio şəhərində olan bu muzeydə parazitlərlə bağlı hər şeyi öyrənmək mümkündür. Burada sərgilənən parazitlərin orqanizmə necə təsir etdiyi, hansı xəstəlikləri törətdiyi göstərilir. Bu sahədə fəaliyyət göstərən yeganə muzeydir.

Təcrübə muzeyi - Rusiya

Dünyanın ilk genetik təcrübə növləri Rusiyanın Sank-Peterburq şəhərində sərgilənir. Ölkənin ilk muzeyi kimi tarixə keçən Təcrübə muzeyi Çar Pyotr tərəfindən qurulub. Burada həyata keçirilən 300-dən çox təcrübə növünə rast gəlmək olar.

Yanmış yeməklər muzeyi - ABŞ

Muzey arfa ifaçısı Deborah Henson Konant tərəfindən yaradılıb. 1980-ci illərin sonlarında qurulmuş olan bu muzeydə yanmış yeməklər sərgilənir.