“Ölene Kadar"dan "Cəsur və Gözəl"ə gəldi

“Ölene Kadar"dan "Cəsur və Gözəl"ə gəldi
25303 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bir müddət öncə Star TV-də yayımlanan "Cəsur və Gözəl" serialının ssenaristi Ece Yörenc layihədən ayrılacağını açıqlamışdı.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün baş rollarda çəkildiyi ekran işinin yeni ssenari müəllifi artıq bəlli olub.

Belə ki, bundan sonra serial üçün ssenarini “Ölene Kadar” serialında işləyən Elif Usman Ergüden yazacaq.

Xatırladaq ki, E.Yörencın serialdan ayrılmasına səbəb onun "Ay Yapım"ın digər yeni başlayacaq layihəsi "Kürk mantolu Madonna"nın ssenari müəllifi olmasıdır.