Sami Yusuf Bakıda səhnəyə 1,5 saat gec çıxdı - fotolar

Sami Yusuf Bakıda səhnəyə 1,5 saat gec çıxdı -  fotolar
2150 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, dünyaca məşhur müğənni Sami Yusuf Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, ifaçı ötən gün Heydər Əliyev Sarayında konsert verib. Sami Yusuf gecəyə 1,5 saat gecikib.  

Tural Vəlizadənin rəhbəri olduğu "Velizade production"ın təşkil etdiyi konsertdə S.Yusuf ilk olaraq "Ana" mahnısını səsləndirib. Tamaşaçılarla söhbətləri ilə də yadda qalan müğənni Azərbaycanı çox sevdiyini deyib.

Sami konsertdə Azərbaycan mahnıları da oxuyub. Belə ki, o, "Küçələrə su səpmişəm" və "Sarı gəlin" mahnılarını səsləndirib.

Konserti izləməyə gələnlər arasında xalq artisti Faiq Ağayev, müğənnilər Tunar Rəhmanoğlu, Səbinə Əsgərova, Niyam Salami, Çinarə Məlikzadə, aparıcı Hacı Nuran Hüseynov, prodüser Təranə Səmədova yer alıblar.

Foto: Ramin ASLANOV