Ukrayna "Eurovision"dan məhrum edilə bilər

Ukrayna "Eurovision"dan məhrum edilə bilər
808 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Ukrayna bu il ölkəsində keçiriləcək "Eurovision" mahnı yarışmasına Rusiya təmsilçisini buraxmayacaq.

Axşam.az-ın rus mətbuatına istinadən məlumatına görə, buna səbəb Yuliya Samoylovanın iki il əvvəl Krımda festivalda iştirak etməsidir. Ukrayna isə həmin ərazi Rusiyanın işğalı altında olduğu üçün oraya gedən sənətçiləri ölkəsinə buraxmır.

Bu gün məlum olub ki, bu qalmaqala görə Ukrayna "Eurovision" müsabiqəsinin keçirilməsindən məhrum edilə bilər. Avropa ictimai yayımının direktoru İnqrid Deltenre bu haqda fikirlərini bildirib:

"Çox təəssüf edirəm ki, "Eurovision" siyasi güclərin oyunu kimi istifadə edilir. Müsabiqə milyonlala insanı sevindirməli, əyləndirməlidir, ondan bir-birinə qarşı silah kimi siyasi skandallarda istifadə etmək doğru deyil".

O, Ukraynanın bu hərəkətini "tamamilə yolverilməz" adlandırıb. Deltenre eyni zamanda bu kimi hadisələrin yarışmanın nüfuzuna ciddi zərbə vurduğunu əlavə edib.