Əli Əmirlinin əsəri beynəlxalq teatr festivalında

Əli Əmirlinin əsəri beynəlxalq teatr festivalında
521 dəfə oxunub
  • A-
  • A
  • A+
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində ənənəvi beynəlxalq teatr festivalına qatılıb.

Bu barədə Axşam.az-a teatrın direktoru Əli Qasımov məlumat verib.
 
Gəncə teatrının aktyorları festivala əməkdar artist Novruz Cəfərovun quruluşunda əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "İyirmi ildən sonra" əsərinin tamaşası ilə qatılıblar.

Tamaşada baş rollarda xalq artisti Pərvanə Qurbanova və rejissorun özü çıxış edib.
         
18-27 mart arası davam edən festivalın yekunlarına görə Gəncə teatrının kollektivi xüsusi priz və diplomla mükafatlandırılıb.