Samirin maşınına hücum ediblər - fotolar

Samirin maşınına hücum ediblər -  fotolar
3672 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Samir Bayramlının maşınına hücum ediblər.

Axşam.az-ın məlumatına görə, bu barədə Samir sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, heç nə oğurlanmasa da, maşınına ziyan dəyib:

“Günümü belə açdım. İlk dəfədir, başıma belə iş gəlir. Maşını saxlayırsan, səhər gəlirsən ki, belə bir mənzərə. Düzdür, maşından heç nə oğurlanmayıb. Oğru ya çatdırmayıb, ya da bilmirəm...Hər halda, problem gələndə üst-üstə gəlir”.

Aparıcı bildirib ki, son zamanlar belə hadisələrin sayı artığından ehtiyatlı olmaq lazımdır:

“İstənilən yerdə saxlanılan avtomobillərin şüşələrini sındırıb, içindən nə isə oğurlayırlar. Odur ki, dostlar, diqqətli olun. Mənə də, sizə də dərs olsun”.