"Uşağım olmadığı üçün ərim məni boşadı" - xalq artisti

"Uşağım olmadığı üçün ərim məni boşadı" -  xalq artisti
7323 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Elin gözü" verilişində xalq artisti Səfurə İbrahimova qonaq olub. 

Axşam.az-ın məlumatına görə, aktrisa aparıcı Elgiz Əkbərin suallarını cavablandırıb.

Ailəsindən bəhs edən aktrisa bunları deyib:

"Babamın dükanları olub. Atam da onun yanında işləyib. Biz sürgün həyatı keçirmişik. O zaman 3 yaşım vardı. Ailədə 8 nəfər olmuşuq. Babamdan qalan mülk əlimizdən çıxmışdı, hökumətin ixtiyarına keçmişdi. Qohumlarımız çoxdur, hamısında bir az qaldıq. Sonra atamın xalası oğlu bizə ev tutdu. Böyük sənətkarımız Hökümə Qurbanova mənə kömək elədi. Atam vəfat edəndə bizə gəldi, evi görüb şoka düşdü. Lazımı yerlərə müraciət elədi, mənə ev verdilər. Sonra ağır xəstələndim, evə heç kim gəlmirdi. Ətrafımdakılara demişdilər ki, yoluxucu xəstəliyə tutulmuşam".

S.İbrahimova "Qatır Məmməd" filmindəki rolundan və çəkiliş vaxtı yaşadığı çətin anlardan danışıb:

"O filmdə at belindəki rolumu çoxlu məşq etmişdim. Atın boyu alçaq idi, məni götürüb atdı yerə. Qorxdum, istəmədim oynamaq. Sonradan məni şirin dilə tutdular, hazırlaşdırdılar. Çəkiliş çox isti ərəfədə keçirdi. Qayalıqda o istinin altında hərəkət etmək çətin idi. İndi də belim ağrıyır. Rahat oturub-dura bilmirəm".

S.İbrahimova ailə həyatından da söz açıb. O bildirib ki, uşağı olmayıb:

"Buna görə də 5 ildən sonra ayrıldıq. Yoldaşım polis işçisi idi, Ukraynada işləyirdi. Qürbətdəydi deyə, 2-3 aydan bir, 3-4 günlük görüşürdük. Uşaq olmurdu deyə ayrılmaq istədi. Evlənib artıq. Bir dəfə oğlu ilə gəldi. Qapını açdı girdi içəri. Qara uşaq idi. Onun da anası ilə boşanmışdı. Sonra yenə evləndi. Mən heç kimlə ailə qurmadım".

O, indi ona ssenari təklif edilsə, oynayıb-oynamayacağı haqda suala belə cavab verib:

"Mən baxaram vəziyyətə. Yalan danışa bilmərəm ki, imkanlarıma baxaram. Görərəm ki, bacararam, onda olar. Elə olur ki, insan 100 yaşında belə oynadığı rolla "peçat" vura bilər".