Xoşqədəm məğlub oldu - video

Xoşqədəm məğlub oldu - video
7204 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın NTV kanalında yayımlanan “Sən supersən” (“Tı super”) yarışmasının növbəti buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, müsabiqədə iştirak edən həmyerlimiz Xoşqədəm Mehdiyeva növbəti çıxışını nümayiş etdirib.

Xoşqədəm Alla Puqaçovanın "Pozovi menya s soboy" mahnısını ifa edib. Lakin o, finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, “Sən supersən!” layihəsində MDB ölkələrindən 92 uşaq iştirak edirdi. Musiqili şounun finalçıları uşaq “Yeni dalğa”sında (“Novoya volna”) iştirak edəcəklər və avtomatik olaraq uşaq “Avroviziya” yarışmasının seçim mərhələsinin finalına qatılacaqlar. NTV telekanalı isə müsabiqənin sonunda iştirakçıların əksəriyyətinin iştirakı ilə “ŞKİD Respublikası” müziklini səhnələşdirəcək və efirdə göstərəcək.