Türk teatrı Ermənistana gedəcək

Türk teatrı Ermənistana gedəcək
1945 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Bursa şəhərinin Nilufər rayon bələdiyyə teatrının kollektivi Ermənistana qastrola hazırlaşır. Teatr erməni yazar Akop Baronyanın “Şərq dişçisi” adlı əsərini səhnələşdirəcək.

Axşam.az-ın məlumatına görə, buna etiraz olaraq, Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) birgə bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayarkən Bursanın Nilufər bələdiyyəsi teatrının Ermənistana getməsi yolverilməzdir. Biz Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Əsilsiz Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bu səfərin baş tutmasına qəti etirazımızı bildirərək, Türkiyə Səfirliyinin məlum hadisəyə münasibət bildirməsini və Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana səfər edəcək Nilufər Bələdiyyəsinin aktyorlarının adlarının arzuolunmazlar siyahısına daxil edilməsini tələb edirik".