Fatimə uşaqları belə sevindirib - fotolar

Fatimə uşaqları belə sevindirib - fotolar
698 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Mərdəkanda çıxış edib.

Axşam.az-a açıqlama verən sənəçi bildirib ki, uşaqlar evinin sakinlərinə həsr olunan konsertdə onunla yanaşı “Banu rəqs məktəbi”nin tələbələri də yer alıb:

“Hamı bilir ki, necə həssas bir insanam. Çoxdan idi ki, uşaqlar evində olan uşaqlar üçün sürpriz etmək istəyirdim. Dostum, rejissor Nail Naiboğlu ideyamı dəstəklədi. Konsertimdə təxminən 100-ə yaxın uşaq evinin azyaşlı sakinləri var idi.
 
Sənət dostlarım Zemfira İbrahimova, Xatun Əliyeva, Bahar Lətifqızı da məni tək qoymadı. Arzu edirəm ki, heç bir övlad atasız-anasız olmasın. Bu, çox böyük dərddir. Belə konsertlərimin sayı çox olacaq. Bu hələ başlanğıc idi”.