Məşhur rus aktrisadan Bəhruza jest - rəqsə çağırdı+video

Məşhur rus aktrisadan Bəhruza jest -   rəqsə çağırdı+video
3293 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə keçirilən Beynəlxalq Alanya Film Festivalı davam edir.

Axşam.az-ın məlumatına görə, azərbaycanlı sənət adamları ilə yanaşı, festivala Rusiya, Belarus və Ukraynadan da kino xadimləri qatılıblar. Onların arasında Rusiyanin məşhur aktrisası İrina Bezrukova da var. Festival çərçivəsində həmyerlimiz, Pantomima Teatrının aktyoru Bəhruz Vaqifoğlu maraqlı səhnə nümayiş etdirib. O, Elza Seyidcahanın "Mən aktyoram" mahnısının sədaları altında rəqs edib.



B.Vaqifoğlunun rəqsinə İrina Bezrukova heyran qalıb. Aktrisa əməkdaşımızla söhbətində ona təriflər yağdırıb:

"6 il pantomima ilə məşğul olmuşam. Onun elastik hərəkətləri çox gözəl idi. O, çox emosional, plastik, eyni zamanda yaraşıqlı kişidir. Həmin səhnəni çox bəyəndim".

Aktrisa festivalla bağlı fikirlərini də bölüşüb:

"Alanyada ilk dəfədir oluram. Çox sevinirəm ki, mən də dəvət olunanlar arasındayam. Burada insanlara isti münasibət var. İndiyədək çox festivallarda olmuşam. Burada film sahəsinə aid insanlar və media nümayəndələri bir-biri ilə ünsiyyət qurmaq, maraqlı fikirlər müzakirə etmək imkanı qazanıblar".

İ.Bezrukovanın festival çərçivəsində baş tutan partidə B.Vaqifoğlunu rəqsə dəvət etməsi də diqqətdən qaçmayıb.



Qeyd edək ki, Beynəlxalq Film Festivalı mayın 29-na kimi davam edəcək. Festival çərçivəsində Azərbaycan istehsalı olan “Çölçü”, “Həddən artıq uyğunluq”, “Qırmızı bağça”, “İçəri Şəhər” filmləri nümayiş olunur. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə bir qrup akyor, rejissor və jurnalist festivalı izləmək üçün Alanyaya yollanıb.