Xalq Artistinin şəxsi fondu yaradılacaq

Xalq Artistinin şəxsi fondu yaradılacaq
928 dəfə oxunub
  • A-
  • A
  • A+

Teatr sənətinin inkişafında mühüm xidmətləri olan Xalq Artisti Hüseynağa Sadıqovun şəxsi arxiv fondu yaradılacaq. 

Arxiv materiallarında Xalq Artistinin müxtəlif illərdə çəkdirdiyi fotolar, onun haqqında maraqlı yazılar və sənədlər var. Bundan əlavə, fond tərəfindən xalq artistinin 100 illik yubileyinin keçirilməsi də nəzərdə tutulub.
Əslən Cənubi Azərbaycandan olan Hüseynağa Sadıqov 1914-cü il martın 21-də Bakıda doğulub. 1930-cu ildə müsabiqə ilə Gənc Tamaşaçılar Teatrı kollektivinin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb.
1956-cı il iyulun 1-də Əməkdar Artist, 1979-cu il fevralın 9-da Xalq Artisti fəxri adları ilə təltif edilən Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib.

AzərTac