“V element”in aparıcıları bir-birinin sirrini açdı

“V element”in aparıcıları bir-birinin sirrini açdı
2366 dəfə oxunub
  • A-
  • A
  • A+

“ATV kulis” verilişinin qonaqları bu dəfə “V element”in aparıcıları olub.

Axşam.az-ın məlumatına görə, Kamilə Babayeva, Hüsniyə Məhərrəmova, Ranar Musayev, Fariz İlyasov proqramla bağlı sualları cavablandırıb.

R.Musayev bildirib ki, çəkiliş zamanı baş verən hər bir tərslik onu özündən çıxarır:

“Kimsə masanın üstündə telefon unutsa, stəkan səhv dursa, əsəbiləşirəm. Bir az mübahisə edirik, dalaşırıq, barışıq. Sonra studiyaya qalxırıq, yenə dalaşırıq. Efir vaxtı da bir-birimizin ayağını tapdalayırıq ki, onu niyə dedin, bunu niyə belə etdin”.

K.Babayeva ən çox səhər yuxudan tez oyananda əziyyət çəkdiyini söyləyib:

“Oyanan kimi gedib paltar götürürəm. Gəlirəm çəkiliş məkanına, Ranarın "tarakanları" başlayır: bu rəng filan şeyə uyğun deyil, mənim bantikimlə tutuşmur. Dalaşa-dalaşa gedirik. Ranar deyir ki, Kamilə ilə 15 ildir dostuq. 15 ildir dostuqsa, sən də qocasan. Mənə söz atır”.

H.Məhərrəmova həmkarlarına olans evgisindən bəhs edib:

“Hamısını çox istəyirəm. Ən yüksəkdə Kamilədir. Ortada Ranardır, axırda isə Fariz. Qonaqlar məndən qorxurlar. Bəlkə ciddiyəm ona görə. Deyirlər əsəbiyəm, amma elə biri deyiləm”.

F.İlyasov deyib ki, hər zaman pozitiv olması hər kəsi təəccübləndirir:
 
“Əhvalım həmişə yüksəkdir. Ranar bunu qəbul etmir. Bu, içdən gəlir, həyatı insanları sevirəm”.