“Buna görə çox üzüldüm” – İradə

“Buna görə çox üzüldüm” –  İradə
5072 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun fasilədən sonra Bakıya gələn müğənni İradə İbrahimova buradakı dəyişikliklərdən danışıb.

Səfəri ilə bağlı təəssüratlarını Axşam.az saytı ilə bölüşən ifaçı buralar üçün çox darıxdığını etiraf edib:

“Vətənimin havası üçün darıxmışdım. Anamla görüşəndən sonra ilk getdiyim yer bacımgil oldu. Amma Bakıda çox şeylərin dəyişdiyini gördüm. Hətta yolları unutmuşdum, kənardakı insanlardan soruşurdum. Buna görə çox üzüldüm.

Şou-biznesi az da olsa, kənardan izlədim. Çox sayda yeni müğənnilər çıxıb, sənətçilər artıb. Hər kəs işləyir, bir yenilik edir”.

Foto: Rəşad ABBASOV