Çingiz: "Sevirəm səni, hisslərimi, heyranlığımı..." - video

Çingiz: "Sevirəm səni, hisslərimi, heyranlığımı..." - video
2847 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Çingiz Mustafayev  "Qayıtmaq istəmirəm" adlı yeni mahnısını və klipini təqdim edib.

Axşam.az xəbər verir ki, ifaçı ekran işini Youtube kanalına yayımlayıb. 

Sənətçi şəxsi İnstaqram hesabında da bu haqda məlumat verib: 

"Aşiq olmuşam, bəli. O qədər gözəl və o qədər həyat doludur ki, ifadə etməyə sözlər yetmir. Səninlə gecə ayın və ulduzların bərq vuruşunu, gündüzlər isə üfüqdən yenicə qalxan günəşin çıxışını izlədim. Quşların cəh-cəhi, çayın, şəlalənin səsi, ciyərlərimə çəkdiyim şüşə kimi havası. Sevirəm səni, ey gözəl təbiət! Sən məni özünə elə heyran qoydun, sehirlədin ki, sənə vuruldum, sənin bu gözəlliyinə elə sənin qoynundaca mahnı yazdım. Bəli, dostlar, təbiətin qoynunda gəzintidə olarkən başqa bir həyatın şahidi olmaq və onu seyr etmək mükəmməl bir həzz idi. O canlı aləmdən bu canlı dünyaya heç qayıtmaq istəmirdim. Ağaclar bizə həyat verir, kim deyir ki cansızdırlar? Elə bilirsiz, onların hissiyyatı yoxdur? Bu haqda duyğularımı, hisslərimi, heyranlığımı yeni yazdığım mahnıda əks etdirdim. Söz və musiqisi özümə aid "Qayıtmaq istəmirəm" adlı mahnım artıq "Youtube"da. Gəlin bu sevgimə birgə qulaq şahidliyi edin".