Baş nazir jurnalın üz qabığında: "Niyə prezidentimiz olmasın?"

Baş nazir jurnalın üz qabığında: "Niyə prezidentimiz olmasın?"
762 dəfə oxunub
  • A-
  • A
  • A+
Kanadanın baş naziri Castin Trüdo ABŞ-ın “Rolling Stone” dərgisinin üz qabığına çıxıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçinin fotosuna “O, nə üçün bizim prezidentimiz ola bilməsin?” sözləri yazılıb. Trüdo haqda materialın dərgidə bu başlıqla verilməsinə sosial şəbəkə istifadəçilərindən cavab gecikməyib:
 
“Amerika Konstitusiyasına əsasən, ölkə sərhədlərindən kənarda anadan olan şəxs ABŞ prezidenti seçilə bilməz”. 

Jurnalda 45 yaşlı nazirin müsahibəsi dərc olunub.

Qeyd edək ki, yaraşıqlılığı ilə gündəmə düşən Castin Trüdo Kanadanın 15-ci baş naziridir. O, Sofi Qrequarla ailəlidir. Cütlüyün 3 uşağı var. Hazırda Castin dünyanın ən məşhur siyasətçilərindən biridir.