500 minlik üzüyünü 6 aylıq qızının barmağına taxdı - foto

500 minlik üzüyünü 6 aylıq qızının barmağına taxdı - foto
5334 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ebru Yaşar həyat yoldaşı Necat Gülsevənin ona aldığı 500 min lirəlik (təxminən 250 min manat) brilyant üzüyü 6 aylıq əkizlərindən birinin barmağına taxaraq sosial şəbəkədə fotosunu paylaşıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı şəklə “Qızım üzüyümə ortaq olarsa...” sözlərini yazıb.

Qeyd edək ki, Ebru Yaşarla Necat Gülsevən 2015-ci ildə ailə qurub. Necat tez-tez Ebruya aldığı bahalı üzüklər, evlər, avtomobillər, yaxta ilə gündəmdədir. Bundan başqa, iş adamının özəl günlərdə xanımına etdiyi sürprizlər də medianın dilindən düşmür.