Elnarə bu dəfə çimərlik geyimlərini tənqid etdi: "Elə bil alt paltarındadır"

Elnarə bu dəfə çimərlik geyimlərini tənqid etdi:  "Elə bil alt paltarındadır"
13845 dəfə oxunub
  • A-
  • A
  • A+

Yay mövsümünün gəlişi ilə məşhurlar dəniz və ya hövuz kənarında istirahətə üz tutub. Onlar çimərlik geyimində fotolarını yayıblar.

Bəs görəsən, məşhurlar dəblə ayaqlaşa biliblər?

Modelyer Elnarə Bəkirova bu dəfə şou-əhlinin çimərlik geyimini Axşam.az üçün təhlil edib:

Model Kamilla Babayeva – Gözəl xanımdır, zövqlüdür. Çimərlik geyimi ona yaraşır. Hiss olunur ki, məşhur çimərlik brendlərindən istifadə edib.

Müğənni Sevda Yahyayeva – Burada çimərlik geyimi görünmür, şala, pareoya bürünüb. Sarı ilə mavinin qarışığı yaxşı görünür. İkinci libasda isə qarışıq rəngdən istifadə edib. Ümumilikdə pis görünmür. 

"Miss millenium" gözəli Validə Abbasova – 40-dan çox yaşı var. Geyindiyi geyim heç ona uyğun deyil. Bir az örtülü geyinərdi ki, qarın hissəsi bilinməsin. Qarnını geri çəkməklə, arıq görünmək olmaz. Böyük görünür, yanlış seçimdir.

Aktrisa Pərvin Abıyeva – Bədən quruluşu gözəldir. Amma bu nədir geyinib? Elə bil kiminsə paltarını kirayə götürüb. Pareosu, çantası zövqsüzdür. Öz bədən quruluşuna uyğun çimərlik geyimi seçərdi. Bir də uzun və ya lap qısa pareo seçər, eninə çanta götürərdi.

Aparıcı Kamilə Babayeva – Çimərlik geyimində deyil. Elə bil filmə çəkilir. Əynindəki libasda parçanın rəngi yaxşıdır.
 

Müğənni Dilarə Kazımova – Geyindiyi bu çimərlik geyimi alt paltarına oxşayır, biabırçı görünür. Bu pozanı verməsəydi, daha yaxşı olardı. Bədən quruluşu yaxşıdır, normal geyim seçərdi. Ağ-qara bikini seçib, elə bil əynindəki büstqalter və tumandır.

Müğənni Nura Suri – Bədən quruluş gözəldir. Hiss olunur ki, idmanla məşğul olur. Dəri rəngi də tündləşib, seçdiyi rənglər də yaraşır. Dərisi qaralmış insanlar “fosfor” rənglər seçməlidir.
 

Müğənni Günay İbrahimli ilə Kamilə Babayevanın geyimi bəzəyir. Özünü çox qapayıb. Bu libas üzərində heç bir müzakirə edə bilmərəm. 

Müğənni Rəqsanə İsmayılova - Çimərlik geyimi ona heç yaraşmır. Bədən ölçüləri yaxşıdır. Amma seçimi düzgün deyil.