Arvadına xəyanət edən aparıcı daha əvvəl boşanıbmış

Arvadına xəyanət edən aparıcı daha əvvəl boşanıbmış
2735 dəfə oxunub
  • A-
  • A
  • A+
Bodrumda yaxtaların birində həyat yoldaşı Hande Bermeki başqa bir qadınla aldadan aparıcı Murad Başoğlu ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcının daha əvvəl də xanımına xəyanət etdiyi və bu səbəbdən boşandığı məlum olub. İş adamı Ayhan Bermekin qızı olan Hande daha əvvəl əri tərəfindən xəyanətə uğradığı üçün ondan ayrılıb.

Lakin cütlük bir müddət sonra yenidən nikah masasına əyləşib. Bu dəfə də Handenin Muraddan boşanmaq üçün hərəkətə keçdiyi və yayın bitməsini gözlədiyi deyilir.

Qeyd edək ki, 14 illik evli olan cütlüyün Can adlı bir oğlu var.