“Xəzər maqazin”də dəyişiklik - video

“Xəzər maqazin”də dəyişiklik -  video
1539 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər maqazin” yeni mövsümə başlayır.

Axşam.az-ın məlumatına görə, proqramın artıq anonsu da yayımlanıb. Maqazin verilişi bundan sonra həftənin şənbə yox, bazar günləri saat 12:30-da efirə gedəcək.

Aparıcı Nərgiz Əliyeva deyib ki, bu mövsüm də iddialı gəlirlər:

“Komandamızda da dəyişiklik edilib. Hər həftə Türkiyədən özəl reportajlar olacaq. Artıq 1 saat yox, proqramımızın vaxtı daha uzun olacaq. Prinsipimiz dəyişmədi. Yenə də maraqlı xəbərlər, şou-biznes nümayəndələrinin iç üzlərini açıb təqdim edəcəyik.

İnanıram ki, yeni mövsümdə də seçilməyi bacaracağıq”.