Nəvə Maqomayevin xatirəsinə "Şah İsmayıl" göstəriləcək

Nəvə Maqomayevin xatirəsinə "Şah İsmayıl" göstəriləcək
766 dəfə oxunub
  • A-
  • A
  • A+
Opera və Balet Teatrında oktyabrın 21-də Müslüm Maqomayevin "Şah İsmayıl" operasının tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a  verilən məlumata görə, baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə onun nəvəsi görkəmli müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq. Müğənni Opera və Balet Teatrının solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olub. Teatr oktyabrın 21-də baş tutacaq tamaşanı nəvə M.Maqomayevin 75 illik yubilyinə həsr edib.

Tamaşada əsas partiyaları əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah", Afaq Ağayeva (Ərəbzəngi) ifa edəcəklər.

Dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.