Kökəlmək istəyənlər bu yazını oxusunlar

Kökəlmək istəyənlər bu yazını oxusunlar
6425 dəfə oxunub
  • A-
  • A
  • A+

Kök insanlar arıqlamağa çalışdığı kimi, arıq olub bir az artıq ət yığmağa çalışanlar da var. Bəzən arıq olan insanlar çox yeməklərinə baxmayaraq, kökələ bilməməkdən şikayətlənirlər.

"Jeyhun Valiyev professional fitness club"un məşqçisi Xəqani Səlimov Axşam.az-a açıqlamasında bildirib ki, idman vasitəsiylə kökəlmək mümkündür:

"İlk öncə onu bilməlidirlər ki, onların genetik quruluşu ektomorf olduğundan kökəlmək həmişə problem olaraq qalacaq. Ümumiyətlə, 3 cür genetik tip var: Ektomorf -arıq, sürətli, enerjili, kökəlməyə meyilli olmayan. Mezomorf - orta, əzələli, rahat kökələ və arıqlıya bilən. Endomorf - kökəlməyə meyilli və metabolizması ləng olan.


 
Ektomorf insanların kökəlməsi çətin olduğu kimi, idman edərkən əzələ yığması da bir o qədər çətindir. Ancaq bədəndə yağ faizi aşağı olduğu üçün əzələ yığdıqdan sonra bu tip bədən quruluşu daha estetik və relyefli görsənir. Ektomorf insanların fitneslə məşğul olaraq çəki artırması mümkündür. Bunun üçün təbii ki, düzgün qidalanma planının olması şərtdir.

Arıq insanlar çəkilərini artırmaq üçün əsas bir nüansı diqqətdə saxlamalıdırlar: gün ərzində qəbul etdikləri kalori miqdarı xərclədikləri kaloridən cox olmalıdır. Bu kalori profisitinin yaranması üçün mütləqdir. Yalnız bu üsulla onlar daha sürətli kökələ bilərlər.
Kökəlmək istəyən insanların qəbul eləməli olduqları kalori gün ərzində 2500-3000 arası olmalıdır. Bir şərtlə ki, xərclədikləri kalori bu miqdardan daha az olsun.

Öncədən də qeyd etdiyim kimi, ektomorflar gün ərzində 2500-dən çox kalori qəbul etməlidirlər. Bunun üçün isə gündəlik qida qəbulunu artırmalıdırlar. Az-Az, ancaq tez-tez yeyə bilərlər. Yəni hər dəfə yeyəndə özünüzü tam doydurmayın. Nisbətən aclığınız yatana qədər yeyin. Bu zaman gün ərzində 7-8 dəfə yemək, onların kökəlməsinə kömək edəcək.

Ektomorfların məşq prosesi də digər genetika sahiblərinə nisbətən fərqli olmalıdır. Belə ki, onlar məşq zamanı daha az kalori itirməyə diqqət etməlidirlər. Kardio məşqləri etməməli, istifadə etdikləri hərəkətlərin əsasən baza hərəkərlərindən təşkil olunmasına çalışmalıdırlar. Hər bir hərəkəti ən az 8, ən çox 10 say, yanaşmaların isə ən az 4-ü keçməməsinə diqqət etməlidirlər. Bu tip arıq insanlar çəkilərini artırmaq üçün əlavə idman qidalarından istifadə edə bilərlər".