Vado Korovinə ATV-də yeni vəzifə verildi

Vado Korovinə ATV-də yeni vəzifə verildi
4037 dəfə oxunub
  • A-
  • A
  • A+

“Parni iz Baku” KVN komandasının üzvlərindən olan Vado Korovinin ATV-dəki vəzifəsindən uzaqlaşdırılması xəbəri yayılmışdı.

Axşam.az-ın məlumatına görə, Korovin hazırda yeni vəzifəyə təyin edilib. O, sözügedən kanalda yaradıcılıq departamentində fəaliyyətə başlayıb.

Qeyd edək ki, V.Korovin əvvəl telekanalın baş prodüseri kimi çalışırdı. ATV-də rəhbər dəyişikliyindən sonra onun işdən uzaqlaşdırıldığı deyilmişdi.

V.Korovin eyni zamanda kanalda yayımlanan “Vine show”nun münsif kürsüsündə əyləşir.