Hansı aparıcı "V element"dən getdi?

Hansı aparıcı "V element"dən getdi?
2799 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “V element” verilişi yenidən efirə qayıdır.

Axşam.az-ın məlumatına görə, proqramın dörd aparıcısından biri dəyişib. Bu haqda Hüsniyə Məhərrəmova İnstaqramda yazıb. O bildirib ki, üçüncü mövsümə fərqli başlayırlar:

“Dalaşa-dalaşa, qırışa-qırışa, küsə-küsə, barışa-barışa, gülüşə-gülüşə gəlib üçüncü mövsümə çıxdıq. Özü də yeni elementlə. Bir üzvümüz dəyişib. Kim? Deməyəcəm”.

Qeyd edək ki, ötən il proqrama qatılan Fariz İlyasovun verilişdən getmə xəbəri yayılmışdı.

Fariz verilişdə Amerikaya köçən aparıcı Rüfət Ağayevin yerinə gəlmişdi.