Hülyanın "kişilər xəyanət edə bilər" sözlərinə görə rekord cəza verildi

Hülyanın "kişilər xəyanət edə bilər" sözlərinə görə rekord cəza verildi
4976 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-aparıcı Hülya Avşarın verilişində “Kişilər xanımlarına hiss etdirmədən xəyanət edə bilərlər” sözləri Star TV-nin başını bəlaya salıb.
 
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Radio-Televiziya Üst Qurumu (RTÜK) telekanala rekord məbləğdə cərimə müəyyən edib. Cəmiyyət tərəfindən də hiddətlə qarşılanan Hülyanın sözləri “əxlaqdan kənar vəziyyətin məcburiyyət olaraq diktə edilməsi”, “cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunmasına zidd sözlər” kimi qəbul edilərək cərimə müəyyən edilib. Məbləğ açıqlanmasa da, cərimənin ən yüksək miqdarda olması qeyd olunub.