"Oğlum güləndə səsi evi bürüyür, qızım isə anasına oxşayır"

"Oğlum güləndə səsi evi bürüyür, qızım isə anasına oxşayır"
2484 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud aktyoru Corc Kluni rejissoru olduğu “Subirbikon” filminin qala gecəsində maraqlı açıqlamalar verib.
 
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 ay əvvəl vəkil həyat yoldaşı Amal Kluni ilə birlikdə əkziləri Aleksandr və Ellanı qucağına alan aktyor onlar barədə danışıb:

“Ella gözəl qızdır. Xüsusən gözlərindən Amala oxşayır. Aleksandr bacısından daha kökdür. O, güləndə səsi evi bürüyür”.

Corc övladlarına Hollivud adları verməməyindən də söz açıb:

“Əkizlərə ad tapmaqda çətinlik çəkirdik. Hollivudun mənasız adlarından qoymaq istəmirdik. Ona görə sonda Ella və Aleksandr adlarının üstündə dayandıq”.