“Qar kraliçası” hazırlanır

“Qar kraliçası” hazırlanır
888 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilib.

Axşam.az-ın məlumatına görə, tetarda H.X Andersenin “Qar kraliçası” əsəri əsasında eyni adlı tamaşanın hazırlıqları gedir. 

Tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova,plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır. 

Səhnə əsərində Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar rol alıb. Tamaşa dekabrda təhvil veriləcək.