Eldəniz Zeynalovun 80 illik yubileyi keçiriləcək

Eldəniz Zeynalovun 80 illik yubileyi keçiriləcək
1035 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

İdarədən Axşam.az-a verilən məlumata görə, tədbir oktyabrın 27-də, saat 15:00-da Mərdəkan Mədəniyyət Sarayında təşkil olunacaq.

Yubiley gecəsində sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri, tanınmış mədəniyyət xadimləri, elm və təhsil işçiləri və aktyorun ailə üzvləri iştirak edəcəklər.