Nurlan Əzizbəylinin xanımı: "Onu başqasıyla danışanda tutdum"

Nurlan Əzizbəylinin xanımı: "Onu başqasıyla danışanda tutdum"
2764 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nurlan Əzizbəyli və həyat yoldaşı Nərmin barışıb.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl boşanma xəbəri çıxan cütlük “Günəbaxan” verilişində məsələyə aydınlıq gətirib.

Nərmin həyat yoldaşının internetdə başqa bir xanımla danışdığını bildirib:

“13 ildir, evliyik. Bir dəfə də olsun, aramızda söz-söhbət olmamışdı. Amma son vaxtlar Nurlanı internetdə bir xanımla yazışan yerdə tutdum. Onun xəbəri yox idi ki, yazdıqlarını oxuyuram. Nurlanı onda günahlandırıram ki, ona kim nə desə də, cavab yazmamalıydı. Amma internetin təsirindəndir, cavab verməmiş dayana bilmirlər”.

N. Əzizbəyli isə günahsız olduğunu sübut etməyə çalışıb:

“Nərmin hər şeyi diqqətlə oxusaydı, görərdi ki, ona necə sərt cavab vermişəm. Mən xəyanət etməmişəm. Çox xoşbəxtəm ki, Nərmin kimi həyat yoldaşım var”.